Vaxtilə Azərbaycan klublarında da çıxış etmiş hücumçu Sergey Artyux və yarımmüdafiəçi Artyom Yevlanov Ukrayna Futbol Federasiyasının (UFF) Nizam-İntizam Komitəsi tərəfindən ömürlük diskvalifikasiyaya məruz qalıb.
Aktual.az xəbər verir ki, buna hər iki oyunçunun qondarma Donetsk Xalq Respublikası (DXR) yığmasının heyətində futbol qarşılaşmalarında iştirakları səbəb olub.
Ukrayna Təhlükəsizlik Xidməti UFF-yə onların separatçıların komandasında çıxış etdiklərinə dair sənədlər təqdim edib. Hazırda Ukraynada klub axtaran Artyuxla Yevlanovun həmin sənədlər əsasında ciddi cəzalandırılmasına qərar verilib.
Qeyd edək ki, əslən Donetskdən olan Sergey Artyux 2008-2009-cu illərdə "Simurq"da 34 oyuna 7, 2011-ci ildə "Turan"da 13 oyuna 5 qol vurub, 2012-ci ildə isə "Rəvan"da 8 matça çıxsa da, fərqlənə bilməyib. O, "Pobeda" komandası ilə 2016-cı ildə qondarma DXR çempionu olub, 8 avqust 2015-ci ildə isə "DXR yığması"nın heyətində daha bir qondarma Luqansk Xalq Respublikasının komandasına qarşı yoldaşlıq görüşündə oynayıb. (Report)
Aktual.az
Xəbər 1036 dəfə oxunub.