Azərbaycanda cinayət törədənlər daha çox yaşı 30 və ondan yuxarı olan şəxslərdir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumilikdə ötən il cinayət törətdiyi aşkar edilmiş şəxslərin sayı 16 322 nəfər olub. Cinayət törədənlərin 15 194-ü kişi, 1 128-i qadın olub.
Cinayət törətdiyi aşkar edilmiş şəxslərin 115 nəfəri 14-15, 362 nəfəri 16-17, 2 968 nəfəri 18-24, 2 958 nəfəri 25-29 yaşlı, 9 919 nəfəri isə 30 yaş və yuxarı olanlardır. Əvvəlki 5 ilin göstəricilərində də cinayətləri daha çox yaşı 30 və yuxarı olanlar tərəfindən törədildiyi bildirilir.
2010-cu ildə ümumilikdə cinayət törətdiyi aşkarlanmış 18 689 şəxsin 11 613 nəfəri, 2011-ci ildə 18 612 şəxsin 11 261 nəfəri, 2012-ci ildə 17 030 şəxsin 10 049 nəfəri, 2013-cü ildə 14 841 şəxsin 8 540 nəfəri, 2014-cü ildə isə 15 560 şəxsin 9 119 nəfəri 30 yaş və daha yuxarı yaşlı olub.//Trend
Xəbər 376 dəfə oxunub.