"MSDIS Holding”ə məxsus "MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) bir qismi bağlanıb.
Aktual.az xəbər verir ki, "MS Oil” Nərimanov, Səbail və Abşeron rayonunun Mehdiabad qəsəbəsində və daha bir neçə ünvanda öz fəaliyyətini dayandırıb.
Artıq "MS Oil”in Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 65 ünvanında və Səbаil rауonu, Salyan şosesinin (Şıxov) 13-cü km ünvanında yerləşən yanacaqdoldurma məntəqələrində "SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb.
Qeyd edək ki, əvvəllər "MS Oil”in Bakı və regionlarda benzin, dizel və qaz yanacağının satışını həyata keçirən 12 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib.
Xatırladaq ki, "MSDIS Holding” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, onun qanuni təmsilçisi Mirfəyyaz Oktay oğlu Nağıyevdir.
Xəbər 160 dəfə oxunub.