Azərbaycanda bu partiyalar ləğv edildi

Azərbaycanda bu partiyalar ləğv edildi

Ədliyyə Nazirliyinin Azadlıq Partiyasının ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, müraciət təmin olunub və partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Azadlıq Partiyası 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.
***
Ədliyyə Nazirliyinin Azad Demokratlar Partiyasının (AzDP) ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub. Partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Azad Demokratlar Partiyası (AzDP) 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın 5000 üzvü olmadığı üçün ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.
Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR