Azərbaycanda Brayl əlifbasının öyrənilməsi üçün "Braille Teach" interaktiv qurğusu yaradılıb.
Aktual.az bildirir ki, bu barədə Trend-ə layihənin rəhbəri Rəşid Əliyev deyib.
O qeyd edib ki, qurğu görmə qabiliyyəti zəif olan uşaqlar üçün nəzərdə tutulub. Qurğudan istifadə etməklə Brayl əlifbasının işarələrini sadə və rahat üsulla öyrənmək olar.
R.Əliyevin sözlərinə görə, ilkin olaraq təqribən 100 ədəd belə qurğunun istehsal edilməsi, sonra isə kütləvi istehsala başlanılması planlaşdırılır ki, bu da təxminən 20 min ədəd ola bilər: "Braile Teach"in qiyməti 20 dollardan az olacaq. Əgər istehsal 50 min ədədə qədər və daha çox olarsa, qiymət azala bilər".