Azərbaycanda bəzi layihələrin müddəti uzadıldı

Azərbaycanda bəzi layihələrin müddəti uzadıldı

Baş nazir Artur Rasizadə “Avropa Komissiyasının Azərbaycana Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı”nda dəyişikliklər edilməsi barədə qərarında dəyişiklik edib.

Bu barədə Nazirlər Kabinetindən  bildirilib.

Belə ki, dəyişikliyə əsasən “Energetika sahəsində İslahatlara Dəstək Proqramı”nın həyata keçirilməsinə dəstək layihəsinin 2010-2014-cü illər üçün nəzərdə tutulan icra müddəti 2 il uzadılıb, 2010-2016-cı illəri əhatə edəcək.

Bu layihənin komponentlərinə , Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən enerji sektorunda hərtərəfli və kompleks inkişaf strategiyasının hazırlanması, alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) və enerjidən səmərəli istifadə (ESİ) üzrə tədbirlər planlarının hazırlanması və icrası, energetika sahəsində Müstəqil Tənzimləyici Agentliyin yaradılmasının texniki-iqtisadi əsaslandırılmasının hazırlanması, ABOEM və ESİ sahələrində qanunvericiliyin təkmilləşdirilməsi və onun Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətinə dəstək, müvafiq avadanlıq təchizatı və potensialın artırılması daxildir.

Bu tədbirlər üçün layihə çərçivəsində 5,45 mln. avro nəzərdə tutulub.

Bundan başqa, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən 5 mln. avro büdcə hesabına ABOEM və ESİ üzrə pilot investisiya layihələrinin həyata keçirilməsi müddəti də dəyişdirilib.

Layihənin icra müddəti 2013-2015-ci illəri deyil, 2015-2016-cı illəri əhatə edəcək.

Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR