Azərbaycanda belə oğurluq olmamışdı

Azərbaycanda belə oğurluq olmamışdı

Azərbaycanın müasir kriminal tarixində misli olmayan oğurluq hadisəsi baş verib.

Aktual.az Milli.Az-a istinadən bildirir ki, Tovuzun Qaraxanlı kəndinin sakini Firudin Bayramov qarət olunub. 3 gün əvvəl, gecə saatlarında Bayramovun evinə girən oğru otaqlardan birinə daxil olub. Burada dolabda 1000 manat pul və qızıl-zinyət əşyaları vardı.
"Oğru 250 manatı götürüb, nə yerdə qalan pullara, nə də qızıllara dəyib. Səhər otağı açanda dolabda kiminsə eşələndiyini anladım. Baxanda gördüm ki, 750 manat qalıb, 250 manatı aparıblar", - ev sahibi söyləyib.
"Vicdanlı" oğrunun kimliyi hələ ki, bilinmir.

Xəbər 549 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR