Azərbaycan çempionatında ilk məşqçi dəyişikliyi qeydə alınıb. "Rəvan" futbol klubunun baş məşqçisi Emin Quliyev istefaya göndərilib
Aktual.az-ın məlumatına görə, 8-ci turun açılış oyununda "Kəpəz"lə qarşılaşan "Rəvan" uğursuz seriyanı bu dəfə də qıra bilməyib. "Qırmızı-sarılar"ın gəncəlilərə 2:0 hesabı ilə məğlub olması rəhbərliyi bu addımı atmağa vadar edib. Artıq gənc mütəxəssisin əvəzinə təyinat da olub. Belə ki, bir zamanlar "Bakı" klubunu da çalışdırmış Bəhmən Həsənov bundan sonra "Rəvan"ın baş məşqçisi olacaq. Xatırladaq ki, Həsənov bir neçə il öncə də "Rəvan"ın baş məşqçisi olub.