Azərbaycanda arvadını başqa kişi ilə yataqda tutan ər ona şərt qoydu

Azərbaycanda arvadını başqa kişi ilə yataqda tutan ər ona şərt qoydu

Qazax rayon sakini başqa kişi ilə intim münasibətdə olan həyat yoldaşını məhkəməyə verib. 

Aktual.az  teleqraf.com-a istinadən bildirir ki, Əli Əliyev (ad və soyadlar şərti göstərilib) Qazax Rayon Məhkəməsinə ünvanlandığı şikayətində həyat yoldaşı Samirənin 50 min manat təzminat ödəməsini istəyib.

Əli Əliyev bildirib ki, Samirə həmçinin ondan üzr istəməlidir: "Samirə mənimlə qanuni nikahda olduğu halda, evli bir qadın kimi öz vəzifəsini layiqincə dərk etməyib. O, başqa şəxslə görüşüb və əxlaqsız hərəkətlər edib. Bunun nəticəsində məni və uşaqlarımı hər zaman el-oba içində utanmaq məcburiyyətində qoyub".

İddiaçı qeyd edib ki, həyat yoldaşının ondan və övladlarından el-oba içində üzr istəməsi barədə məhkəmə qərar qəbul etməlidir. O, hətta üzxahlıq məktubunun mətnini də məhkəməyə təqdim edib. Mətni təqdim edirik. "Mən sizi ictimaiyyət içərisində başıaşağı olmağa məcbur etdiyimə görə üzr istəyirəm. Xahiş edirəm ki, məni bağışlayın!"

İddiaya görə, üzr kənd əhalisi qarşısında istənilməlidir. Qazax Rayon Məhkəməsində işə baxan hakim sonda qərar qəbul edib. Qərarda göstərilib ki, Əli Əliyevin iddiası əsassızdır və təmin oluna bilməz. Bu səbəbdən məhkəmə iddianı rədd edib.

İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Samirə 1995-ci ildə ailə qurublar. Onların birgə nikahından 1997-ci ildə bir oğlu, 2000-ci ildə isə qızı dünyaya gəlib. Ər-arvadın nikahı 2004-cü ildə məhkəmənin qərarı ilə pozulub. Həmin qərara görə, oğlan övladı atası ilə, qız övladı isə anası ilə qalıb. Məhkəmə belə nəticəyə gəlib ki, Samirə Əliyevanın Taleh Abdullayevlə görüşməsi, iddiaçı Əli Əliyevin şərəf və ləyaqətini alçaldan hərəkətlər etməsi barədə dəlillər əsaslı deyil. Samirə Əliyeva hazırda Taleh Abdullayevlə birgə yaşayır və onların 2015-ci ildə bir övladları da olub.

Məhkəmənin qərarından narazı qalan Əli Əliyev apellyasiya şikayəti verib. O qeyd edib ki, birinci instansiya məhkəməsinin çıxardığı qətnamənin tövsif hissəsində Samirənin evli qadına yaraşmayan, milli-mənəvi dəyərlərə uyğun olmayan əxlaqsız hərəkətlərlə məşğul olduğu göstərilib. Əli Əliyev həmçinin bildirib ki, Samirənin əxlaqsız hərəkətlərini təsdiq edən yazılı sübut var: "Qazax Rayon Prokurorluğunda verdiyim ifadəmdə göstərmişəm ki, Samirə ailə başçısı kimi yaşadığım kənddə məni başıaşağı edib. O, öz hərəkətləri ilə mənə mənəvi zərər vurub, şərəf və ləyaqətimi alçaldıb. Amma qətnamədə fiziki və mənəvi sarsıntı keçirməmi təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyim göstərilib. İddiam əsassız olaraq təmin edilməyib".

Onun sözlərinə görə, Samirə Əliyeva Qazax Rayon Prokurorluğunda verdiyi yazılı ifadəsində həyat yoldaşını aldadaraq, əxlaqsızlıqla məşğul olduğunu göstərib: "Belə olan halda məhkəmə mənim şərəf və ləyaqətimin alçaldıldığını qeyd etməli idi. İşin faktiki halları məhkəmə tərəfindən obyektiv araşdırılmayıb və nəticədə qanunsuz qətnamə çıxarılıb".

İddiaçının apellyasiya şikayəti araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Loğman Süleymanovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər sonda qərar qəbul ediliblər. Qərara görə, apellyasiya şikayəti təmin edilməyib.

Xəbər 703 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR