Azərbaycanda aksiz bəyannaməsi, onun əlavələrinin formaları və tərtib edilməsi qaydaları dəyişib

Azərbaycanda aksiz bəyannaməsi, onun əlavələrinin formaları və tərtib edilməsi qaydaları dəyişib

Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə əlaqədar aksiz bəyannaməsinə, onun əlavələrinin formalarına və tərtib edilməsi Qaydaları yeni redaksiyada təsdiq olunub.
Aktual.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, müvafiq əmrlə "Aksiz bəyannaməsi”nın forması və "Aksiz bəyannaməsinin tərtib edilməsi Qaydası”, "Aksiz bəyannaməsinə Əlavə № 2”nin forması və "Aksiz bəyannaməsinə Əlavə № 2-nin tərtib edilməsi Qaydası”, "Aksiz bəyannaməsinə Əlavə № 3”ün forması və "Aksiz bəyannaməsinə Əlavə № 3-ün tərtib edilməsi Qaydası”, "Aksiz bəyannaməsinə Əlavə № 4”ün forması və "Aksiz bəyannaməsinə Əlavə № 4-ün tərtib edilməsi Qaydası” yenilənib. Yeni bəyannamə formaları ilə qurumun internet səhifəsinin müvafiq bölməsinə keçid etməklə tanış olmaq mümkündür.

Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR