Azərbaycanda ailədə dəhşət - ata 20 günlük körpəsini öldürdü

Azərbaycanda ailədə dəhşət - ata 20 günlük körpəsini öldürdü

Həyat yoldaşını da qətlə yetirən kişi qaçıb

Daşkəsən rayonunda kişi arvadını və 20 günlük körpəsini öldürüb.

Aktual.az-ın "Report"a istinadla verdiyi məlumata görə, hadisə rayonun Şahvələdli kəndində baş verib. Kənd sakini Rafiq Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə öldürüb. 

R.Məmmədov hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 

Məlumata görə, o ailə üzvlərinin boğazlarını kəsib. 

Faktla bağlı araşdırmalara başlanılıb.
 
Aktual.az
Xəbər 1821 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR