"Son 10 ildə Azərbaycanda 860 insan alveri qurbanı qeydiyyata alınıb".
Aktual.az report-a istinadən bildirir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev "Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi" mövzusunda konfransda çıxışında deyib.
O bildirib ki, qurbanlardan 28 faizi məişət zorakılığına məruz qalıb: "Həmin şəxslər haqqında məlumatlar elektron bazaya daxil edilib və gizli saxlanılır".
Rəisin sözlərinə görə, 2015-ci ildə respublika üzrə 26 916 cinayət hadisəsi qeydə alınıb: "Həmin cinayətlərin 1 faizi insan alveri ilə bağlıdır. 2015-ci ildə 64 insan alveri qurbanı qeydiyyata alınıb.
Onlardan 9-u yetkinlik yaşına çatmayan qızlardır, 29-u isə məişət zorakılığı nəticəsində insan alverinin qurbanına çevrilib".