Azərbaycanda 848 nəfər qida zəhərlənməsindən dünyasını dəyişib

Azərbaycanda 848 nəfər qida zəhərlənməsindən dünyasını dəyişib

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan ərazisində 605 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən  verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 848 nəfər zərərçəkən qeydə alınıb.

Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 21 botulizm hadisəsi nəticəsində 39 nəfər botulizmlə xəstələnib. Bu il botulizm nəticəsində 3 nəfər dünyasını dəyişib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.

Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR