Vergilər Nazirliyi vergi borcuna görə daha 39 nəfərin Azərbaycandan çıxmasına qadağa qoyub.
Aktual.az nazirliyin saytına istinadən xəbər verir ki, bunlardan 15-i fiziki şəxslər, 24-ü isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.
Bununla da vergi borcu ilə əlaqədar Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin sayı 785-dən 824-ə çatıb. Onlardan 348-ü fiziki şəxslər, 476 nəfəri isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.