Azərbaycanda 18 yaşadək uşaqların anamiya, yod, A vitamini çatışmazlığı, boyatmanın ləngiməsi və zəifliklə xəstələnməsi üzrə statistika açıqlanıb.
Aktual.az bildirir ki, Dövlət Statistika Komitəsindən azvision.az-a verilən məlumata görə, ötən il anamiya diaqnozu qoyulan uşaqların sayı 28 018 nəfər olub.
Həmçinin ilk dəfə yod çatışmazlığı qoyulmuş uşaqların sayı 353, A vitamini çatışmamazlığından əziyyət çəkən uşaqların sayı 35, boyatmanın ləngiməsi və zəiflikdən əziyyət çəkən uşaqların sayı 723 nəfər olub.