Dünən Salyan rayonunun Bəşirbəyli kəndində 7 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisənin bəzi məqamları üzə çıxıb.
Aktual.az lent.az-a istinadən xəbər verir ki, 2011-ci ildə anadan olmuş Səmədov İsmayıl Sahil oğlunun boğularaq öldüyü hovuzun onun atasının işlədiyi istixananın həyətində yerləşdiyi məlum olub. Belə ki, 7 yaşlı İsmayıl dünən atasının işlədiyi yerə gəlib. Burada Sahil Səmədov oğluna havanın soyuq olduğunu, tez evə qayıtmasını, küçədə oynamamasını deyib. Saat 17 radələrində isə azyaşlının istixananın ehtiyat su hovuzuna düşərək öldüyü ilə bağlı xəbər gəlib. Yaxınlıqdan keçən şəxslər uşağın suda boğulduğunu görüblər və onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 656 dəfə oxunub.