Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul ayları ərzində ölkədə 91,5 min, yaxud hər gün orta hesabla 430 doğulan körpə qeydə alınıb.
Aktual.az Trend-ə istinadən bildirir ki, bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.
Körpələrin 1612-si əkiz, 45-si isə üçəm doğulub.