Azərbaycanda 66 yaşlı qadın özünü asdı

Azərbaycanda 66 yaşlı qadın özünü asdı

Sumqayıtda intihar hadisəsi baş verib. 66 yaşlı qadın özünü öldürüb.
Aktual.az xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğundan ans press-ə verilən məlumata görə, hadisə şəhərin 5-ci mikrorayon ərazisindəki yataqxanalardan birində qeydə alınıb. Həmin yataqxanada qeydiyyatda olan 1950-ci il təvəllüdlü Nəzakət Alı qızı Paşayeva özünü yaşadığı evin mətbəxində asıb. Asılmış meyit ailə üzvləri tərəfindən aşkarlanıb və hüquq-mühafizə orqanı əməkdaşlarına məlumat verilib.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoya Birliyinin Sumqayıt şəhər şöbəsində müayinə edildikdən sonra mərhumun ailəsinə təhvil verilib.
Hələlik 66 yaşlı Nəzakət Paşayevanın özünü hansı səbəbdən asması barədə məlumat verilmir.
Faktla bağlı cinayət məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
 
Aktual.az
Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR