Azərbaycanda 5 ayda 5 230 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb

Azərbaycanda 5 ayda 5 230 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 5 230 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb.
Aktual.az  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə bildirib.
Onun sözlərinə görə, bunun 4 673-ü yerli investisiyalı MMC-lərdir.
"Kommersiya qurumlarının 79,8 %-i elektron qaydada qeydiyyatdan keçib, yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi isə 89,3 % təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 756 yerli investisiyalı MMC qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 14,5 %, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 16,2 % təşkil edib", - deyə vergi rəsmisi qeyd edib.
Bundan başqa, L.Hüseyn-zadə deyib ki, bu ildən kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı "SİMA” elektron imzanın tətbiqinə başlanılıb ki, ötən müddət ərzində artıq 9 yerli investisiyalı MMC bu üsuldan istifadə edərək qeydiyyatdan keçib: "Kommersiya hüquqi şəxsinin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi ilə bağlı texniki imkanların yaradılması istiqamətində müvafiq işlər görülür".

Xəbər 661 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR