Azərbaycanda 427 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 427 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Bu il keçiriləcək parlament seçkilərində 427 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçkilərdə iştirak etmək üçün 1753 nəfər müraciət edib: “Onlardan 565-i siyasi partiyalar, 62-si “Azadlıq-2015” seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1123 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1645-nin namizədliyinin irəli sürülməsi təsdiq edilib”.

M.Pənahov qeyd edib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1553 nəfəri imza vərəqəsi alıb: “665 nəfər artıq imza vərəqələrini qaytarıb”.

MSK sədri bildirib ki, seçkiləri izləmək istəyən 110 müşahidəçidən 10-u qeyri-hökumət təşkilatları, 91-i öz təşəbbüsü, biri isə xüsusi icazə əsasında qeydə alınıb. Onun sözlərinə görə, seçkilərlə bağlı MSK-ya 17 müraciət daxil olub, onların da əksəriyyəti təmin edilib.

Qeyd edək ki, bu il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.\trend

Aktual.az

Xəbər 630 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR