Azərbaycanda 4 yaşlı uşağın mədəsindən qəpik çıxarıldı

Azərbaycanda 4 yaşlı uşağın mədəsindən qəpik çıxarıldı

Azərbaycanda 4 yaşlı uşağın mədəsindən qəpik çıxarılıb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən bir neçə gün əvvəl mərkəzə yad cisim udması, qusma, ürəkbulanma və halsızlıq şikayətləri ilə müraciət edən 4 yaşında uşaqda aparılan Rentgen müayinəsi zamanı mədədə yad cismin, qəpiyin olması təsdiq edilib.
 
Aktual.az xəbər verir ki, RMDM-dən APA-ya verilən məlumata görə, nəticədə yad cismin endoskopik yolla xaric edilməsinə qərar verilib.
 
RMDM-in həkim-ümumi cərrahı İbrahim Əfəndiyev, həkim-qastroenteroloq Cəmil Kamilli və həkim-anestezioloq Rasim Əliyevin birgə səyi nəticəsində yad cismin xaric edilməsi fəsadsız başa çatdırılıb və uşaq tam sağlam vəziyyətdə evə yola salınıb.

Aktual.az
Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR