İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər ölüb.
Lent.az xəbər verir ki, dekabrın 2-də ölkə yollarında 7 avtomobil qəzası olub. Nəticədə 4 nəfər ölüb, daha 7 nəfər isə xəsarət alıb. Şənbə günü Mingəçevir, Cəlilabad və Sabunçu rayonlarında piyadalar yol qəzasının qurbanı olub. Xırdalanda isə maneəyə çırpılan avtomobilin sürücüsü hadisə yerində ölüb.
Bazar günü isə respublikada 6 yol qəzası qeydə alınıb və nəticədə 1 nəfər ölüb, daha 18 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ölümlə nəticələnən qəza Sumqayıt şəhəri 12-ci mikrorayon Koroğlu küçəsində baş verib. Burada "Mercedes" markalı minik avtomobili yaşlı qadını vuraraq öldürüb.
Hər bir faktla bağlı zəruri araşdırmalar həyta keçirilir.
Aktual.az
Xəbər 467 dəfə oxunub.