2019-cu ildə Azərbaycanda 33 yeni dini icma qeydiyyatdan keçib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bununla da Azərbaycanda fəaliyyət göstərən dini icmaların ümumi sayı 942-ə çatıb.
Konfessional baxımdan onların 907-si İslam, 35-i isə qeyri-islam (xristian - 24; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür.
2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.
Hazırda ölkə ərazisində 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir.
Ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Azərbaycanda 748 pir və ziyarətgah var, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.
Xəbər 455 dəfə oxunub.