İsmayıllı rayonunda güllələnmə hadisəsi baş verib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qalacıq kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ruslan Valeh oğlu yaşadığı evin həyətində ov tüfəngindən özünə atəş açaraq sağ döş qəfəsindən güllə yarası alıb. R.Məmmədov təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun ehtiyatsızlıq səbəbindən odlu silahla özünə xəsarət yetirdiyi bildirilir.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Xəbər 661 dəfə oxunub.