Azərbaycanda 25 yaşlı gənc minaya düşdü

Azərbaycanda 25 yaşlı gənc minaya düşdü

Qazax rayonunda qulançar dərməyə gedən mülki şəxs minaya düşüb.

Aktual.az bildirir ki, bu barədə anspress-ə Qazax Rayon Müalicə Diaqnostika Mərkəzindən məlumat verilib.

Rayonun Xanlıqlar kənd sakini, 1991-ci il təvəllüdlü Kamal Elman oğlu Abbasov kənd yaxınlığındakı meşəyə qulançar dərməyə gedib və orada minaya düşüb. Aldığı xəsarətlər nəticəsində hərəkət etməyi bacarmayan gənc qohumlarına xəbər verib. Hadisə yerinə gələn qohumlar onu dərhal Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırıblar.

Xəstəxananın baş həkimi Kamandar İbrahimov sayta bildirib ki, 25 yaşlı gəncin sol ayağı diz nahiyəsindən amputasiya edilib: "Ancaq onu deyə bilərəm ki, ayağı amputasiya edilsə də gəncin vəziyyəti yaxşıdır. Səhhəti üçün heç bir təhlükə yoxdur".

Bir müddət əvvəl də Tovuzda mal-qara axtarışına çıxan iki mülki şəxs minaya düşüb. Hadisə rayonun Ağbulaq kəndi ərazisində baş verib. Kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Qafarov gecə örüşdən geri qayıtmayan iribuynuzlu heyvanlarını axtarmağa gedərək çöllük ərazidə minaya düşüb. O, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Elvin Qafarovun da sol ayağı amputasiya olunub.

Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR