Azərbaycanda 2100 məscid var

Azərbaycanda 2100 məscid var

“Azərbaycanın dövlət-din münasibətləri modeli dünyaya nümunədir”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Respublikasi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi – 15: dünən, bu gün və sabah” adlı konfransda komitə sədri Mübariz Qurbanlı deyib.

O, vurğulayıb ki, Azərbaycanda dövlət-din münasibətlərinə xüsusi əhəmiyyət verilir: “Sovetlər dönəmində bütün basqılara baxmayaraq Azərbaycan xalqı öz dinini qoruyub saxlaya bildi. Müstəqilliq qazandıqdan sonra Azərbaycanda dövlət-din münasibətlərinin özünə xas modeli formalaşdı. Hazırda dövlət-din münasibətləri bu model üzrə inkişaf etməkdədir”.

M.Qurbanlı qeyd edib ki, post-sovet məkanında ilk dəfə olaraq Azərbaycanda Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi yaradılıb: “İlk dəfə bu səpkidə komitə Azərbaycanda yaradılıb. Sonradan başqa ölkələrdə buna bənzər qurumlar yaradılıb”.

Komitə sədri bildirib ki, hazırda Azərbaycanda məscidlərin sayı 2100-ə çatıb: “Eyni zamanda ölkədə kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Ölkədə sabitliyin qorunmasına dini vəziyyət çox böyük kömək göstərir”.

Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR