Azərbaycanda 2 yeni komitə yaradılır

Azərbaycanda 2 yeni komitə yaradılır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində iki yeni texniki komitə yaradılacaq.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda Dövlət Komitəsinin nəzdində 9 texniki komitə fəaliyyət göstərir: "Hazırda enerji səmərəliliyi və yol nəqliyyatının tənzimlənməsi ilə bağlı yeni iki texniki komitənin yaradılması istiqamətində iş aparılır".

A.Əşrəfov həmçinin bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Apellasiya Şurası yaradılıb.

Şuraya A.Əşrəfov rəhbərlik edəcək. Şuranın tərkibinə 6 nəfər daxildir.

Xəbər 558 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR