Azərbaycanda 1,64 milyonluq şirkət ləğv olundu

Azərbaycanda 1,64 milyonluq şirkət ləğv olundu

Azərbaycan Sənaye Korporasiyası ASC-nin iki törəmə şirkəti birləşib.
Aktual.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, "ASK Tütün" ləğv olunaraq "ASK Aqro"ya qoşulub.
Qoşulma nəticəsində "ASK Aqro" yenidən təşkil olunub.
Qeyd edək ki, "ASK Tütün" 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 648 675 manatdır. Direktoru isə Nizami Əbdürəhim oğlu Zamanov idi.
"ASK Aqro" isə 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 690 073.45 manatdır. "ASK Aqro"nun direktoru isə Kazımlı Mürşüd Aqil oğludur.
Xəbər 558 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR