Beyləqan rayonunda bədbəxt hadisə baş verib.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 14-də Beyləqan rayonunda yaşayan 16 yaşlı Nəzifə Babayeva evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.
Beyləqan RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "İJ" markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
Aktual.az
Xəbər 623 dəfə oxunub.