Şirvan şəhərində anadan olan 1996-cı il təvəllüdlü Vüsal Məmmədovun (cinayət işində adı hallanan şəxslərin ad və soyadları şərti göstərilib) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az publika.az-a istinadən xəbər verir ki, Vüsal Məmmədov 27 mart 2013-cü il tarixdə, saat 18 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən Nəqliyyatçılar parkında Vazeh Qurbanovla futbol oynayıb. O, həmin zaman Vazehin telefonunu təmir etdirmək adı ilə aldadaraq alıb və həmin əməli ilə Vazehə 55 manat ziyan vurub.
Vüsal həmin gün saat 19 radələrində əvvəlcədən telefonu təmir etdirmək adı ilə aldadaraq aldığı 5 manatı və "Nokia" markalı "Asha200" telefonu Vazeh Qurbanova qaytaracağını vəd verib.
O, Vazeh Qurbanovu aldadaraq bibisinə məxsus Biləcəri qəsəbəsində olan evə gətirib. Orada 1999-cu il təvəllüdlü Vazehə bıçaqla zor tətbiq edəcəyi ilə hədələyərək ona qarşı seksual xarakterli hərəkətlər edib.
Vüsal Məmmədov Vazehə qarşı etdiyi seksual hərəkətlərini yaymaq qərarına gəlib. Bu məqsədlə Vazehə qarşı etdiyi seksual hərəkətləri mobil telefonun yaddaşına köçürüb. Vüsal həmin günü təxminən saat 19 radələrində apardığı çəkilişi yaymaq üçün Əli Əliyevin mobil telefonuna köçürüb və həmin çəkilişi yaymaq üçün başqasına verib.
Bununla da Vüsal Məmmədov Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək), 171-1.1-ci (uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama) və 180.1-ci (soyğunculuq) maddələri ilə ittiham edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Yalan danışdığını, cibində 5 manat olduğunu bildirdim"
Təqsirləndirilən Vüsal Məmmədov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, üç yaşında anası rəhmətə gedib, atası isə Ukraynada dünyasını dəyişib: "Bu səbəbdən bibim Sevdanın himayəsində yaşamışam. Bibimin Biləcəri qəsəbəsində bir otaqlı mənzili vardı. Həmin mənzilin giriş qapısının açarının bir nüsxəsi məndə olub. Həmin mənzildən ehtiyac olanda istifadə etmişəm".
Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 27-də, günorta saatlarında Biləcəri qəsəbəsində yerləşən "Nəqliyyatçılar" parkına gələrək orada futbol oynayıb: "30 dəqiqə oynadıqdan sonra Kamran adlı oğlandan siqaret almaq üçün pul istədim. Kamran Vazehdə 5 manat pul olduğunu dedi. Vazehi yanıma çağıraraq ondan pulunun olub-olmamasını soruşdum. Vazeh 40 qəpik gediş pulu olduğunu bildirdi. Onun yalan danışdığını bildirdim. Vazeh sonradan 5 manatının olduğunu etiraf etdi. Bildirdi ki, qohumlarının telefonunu təmir etdirməsi üçün pulu ona başqası verib. Vazehə "telefonu və pulu mənə ver, tanış ustam var, ona verib telefonu təmir etdirərəm", deyə bildirdim. Vazeh məndən kiçik olduğu üçün inandı. O, telefonu və pulu mənə verdi".
"Onu bıçaqla hədələməmişəm"
Vüsal Məmmədov qeyd edib ki, pulu və telefonu Vazehdən aldıqdan sonra evə paltarını dəyişməyə gedib: "Vazeh arxamca evə gəldi. Evin içində telefonu və pulu Vazeh məndən istədi. Dedi ki, telefon və pul dayısının yoldaşına məxsusdur. Sonra Vazeh özü əxlaqsız hərəkət etməyi təklif etdi. Həmin zaman onu bıçaqla hədələməmişəm. Əksinə Vazehdən ehtiyat edərək masanın üzərində olan bıçağı mətbəxə apardım və orada qoydum".
"Dedi ki, çəkilişə özü də baxacaq"
Təqsirləndirilən şəxsin sözlərinə görə, Vazeh tərəfindən əxlaqsız hərəkətlər təklifi alandan sonra yataq otağına keçiblər: "Mən paltarımı soyunandan sonra Vazehə də paltarını soyunmağı təklif etdim. Vazeh paltarını soyunandan sonra arxası üstə yerə uzandı..."
Təqsirləndirilən şəxs istintaqa zərərçəkmişə qarşı sekasul hərəkətlərini çılpaqlığı ilə danışıb (İfadənin həmin hissəsini təqdim etmirik - H.Z.).
Vüsal Məmmədov deyib ki, Vazeh Qurbanovla olan seksual hərəkətləri mobil telefon vasitəsilə videoya çəkib: "Ehtirasımı söndürəndən sonra ona bildirdim ki, çəkilişi başqa telefona köçürəndən sonra onun mobil telefonunu qaytaracam. Biz birlikdə evdən çıxdıq. Həyətdə olan qonşum Əliyə yaxınlaşaraq blueetooth vasitəsi ilə Vazehin telefonunda olan video çəkilişi onun telefonuna göndərdim. Vazehin 5 manat pulunu və telefonunu videonu sildikdən sonra özünə qaytardım. Vazeh getdikdən sonra Əli ilə birlikdə video çəkilişə baxdıq. Əliyə bu barədə heç kimə deməməsini tapşırdım. Video çəkilişi Vazehin öz xahişi ilə başqa telefona köçürmüşəm. Vazeh dedi ki, sonra həmin çəkilişə özü də baxacaq".
"Pornoqrafiq görüntüləri yaymamışam"
Vüsal Məmmədov bildirib ki, Vazehi əvvəllər tanımayıb: "Vazehin məndən təxminən 2-3 yaş kiçik olması və əxlaqsız hərəkətlərlə məşğul olması barədə məlumatım var idi. Özümü ona görə təqsirli bilmirəm ki, Vazehlə aramda olan hərəkətlər onun öz təşəbbüsü ilə olub. Bundan savayı soyğunçuluq əməli törətməmişəm və pornoqrafiq görüntüləri yaymamışam. Pornoqrafiq görüntünü qonşum Əlinin telefonuna müvəqqəti köçürmüşdüm ki, sonradan öz telefonuma köçürüm, Əli də telefonundan həmin görüntünü silsin".
"Vüsalı ilk dəfə futbol meydançasında gördüm"
Zərərçəkmiş qismində ifadə verən Vazeh Qurbanov bildirib ki, onun 14 yaşı var: "Martın 27-də, saat 15 radələrində dayımgilə getdim. Dayımın həyat yoldaşı "Nokia" markalı telefonunu, üstündə əlavə olaraq 5 manat pul verdi ki, onu düzəltdirim. Həyətdə futbol oynadığım zaman yanıma Vüsal Məmmədov gəldi, birlikdə futbol oynadıq. Vüsalı ilk dəfə futbol meydançasında gördüm. Oyun qurtardıqdan sonra Vüsal məndən siqaret almaq üçün pul istədi. Ona bildirdim ki, dayımın yoldaşı 5 manat pul verib və həmin pula mobil telefonu düzəltdirəcəm. Vüsal pulu və telefonu məndən alaraq tanış ustaya göstərəcəyini dedi. Vüsal hətta bildirdi ki, telefonu 4 manata təmir etdirəcək, 1 manatına isə özü üçün siqaret alacaq".
"Dedi ki, onunla birlikdə mənzilə girsəm..."
Zərərçəkmişin sözlərinə görə, Vüsal sonra mobil telefonu ilə kiməsə zəng edərək danışıb:
"Vüsalın hərəkətlərindən şübhələnərək telefonu və pulu geri tələb etdim. O, telefon və pulu qaytarmayacağını bildirdi, oradan qaçmağa başladı. Mən isə Vüsalın arxasınca qaçdım. Vüsalın binanın blokuna girdiyini və pilləkənlərlə yuxarıya qalxdığını gördüm. Blokla binanın axırıncı mərtəbəsinə qalxdım. Orada Vüsal ortadakı mənzilin qapısının qarşısında dayandı. Vüsala çataraq pulumu və telefonumu tələb etdim. O, dedi ki, əgər onunla mənzilə girsən telefon və pulu qaytaracaq".
"Bıçaqla vuracağından qorxaraq onunla razılaşdım"
Vazeh Qurbanov Vüsalın sözlərinə inanaraq onunla razılaşıb və birlikdə mənzilə daxil olublar:
"Bundan sonra Vüsal yataq otağına keçdi. Mən də qapının arxasında dayandım. Vüsal bıçağı götürərək, məndən yataq otağındakı çarpayıya uzanmağı tələb etdi. Qaçmaq istəsəm də, qapıları bağladığından oradan çıxa bilmədim. Vüsalın məni bıçaqla vuracağından qorxaraq onunla razılaşdım".
"Mənə hədə-qorxu gəldi"
Vazeh Qurbanovun sözlərinə görə, Vüsal ona qarşı seksual hərəkətlərini telefonla çəkib:
"Sonra Vüsal paltarlarını geyinə-geyinə dedi ki, əgər bu barədə kiməsə desəm, çəkdiyi videonu hamıya, o cümlədən də atama göstərəcək. Vüsala heç bir söz demədim və paltarlarımı geyindikdən sonra birlikdə həyətə düşdük. Həyətdə tanımadığım bir uşağa Vüsal yaxınlaşaraq "telefonunun bluetooth-nu aç, sənə nəsə göndərəcəm" dedi və video çəkilişi həmin uşağın telefonuna göndərdikdən sonra mənə məxsus telefonu qaytardı. Ancaq 5 manat pulu ondan istəməyə artıq qorxduğum üçün oradan qaçaraq evimizə gəldim. Baş verənlər barədə atama danışdım. Vüsal ilə cinsi əlaqədə könüllü olmamışam. Onun verdiyi ifadə yalandır. Vüsal məni bıçaqla hədələdiyi üçün onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşam".
Bütün tərəfləri dinləyən hakim heyəti sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Vüsal Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Aktual.az
Xəbər 789 dəfə oxunub.