Ağdaş rayonunda faciəvi hadisə baş verib.
Aktual.az xəbər verir ki, Ağdaş şəhəri SU-18 qəsəbə sakini, 2005-ci il təvəllüdlü Şəfiyev Fərrux Fərrux oğlu Türyançayda boğulub.
Yeniyetmə oğlan çayın Ağdaş şəhərindən keçən hissəsində çimərkən dərinlikdə batıb. Axtarış tədbirləri nəticəsində onun meyiti batdığı yerdən 1 kilometr uzaqlıqda tapılıb.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır. (publika.az)
Xəbər 414 dəfə oxunub.