2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 2567.2 kq qızıl, 3064.2 kq isə gümüş istehsal edilib.
Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4% artıb, gümüş istehsalı isə 19.6% azalıb.
Qeyd edək ki, 2024-cü il dekabr ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 282.6 kq və 664.4 kq təşkil edib.
Xəbər 88 dəfə oxunub.