"Kənd Təsərrüfatı Nazirliyi ölkənin 11 bölgəsində aqrokimya laboratoriyasının yaradılmasını başa çatdırıb".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə nazir Heydər Əsədov deyib.
Nazirin sözlərinə görə, hazırda mütəxəssislərin hazırlığı prosesi gedir: "Yaxın aylar ərzində bu laboratoriyalarda torpaq təhlilləri aparılacaq".
H.Əsədov qeyd edib ki, bu təhlillər regionlarda kənd təsərrüfatının daha da yaxşılaşmasına kömək edəcək.
Xəbər 653 dəfə oxunub.