Azərbaycanda 1033 əcnəbiyə vətəndaşlıq verilib

Azərbaycanda 1033 əcnəbiyə vətəndaşlıq verilib

2008-2015-ci illər ərzində 1033 nəfər vətəndaşlığı olmayan şəxs prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan vətəndaşlığına qəbul olunub. 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin Qaxda keçirdiyi “Açıq qapı günü” forumunda bildirilib.

Qeyd olunub ki, bu müddət ərzində 32 016 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.

Forum iştirakçıları vətəndaşsızlıq hallarının aradan qaldırılması və bu halları yaradan səbəblərə qarşı mübarizə sahəsində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirləri ölkəmizin məqsədyönlü və humanitar yönümlü siyasətinin nəticəsi kimi qiymətləndiriblər.

Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR