Azərbaycanda 1 milyon 319 min nəfər əmək pensiyası alır

Azərbaycanda 1 milyon 319 min nəfər əmək pensiyası alır

Azərbaycanın müasir əsaslarla fəaliyyət göstərən sosial müdafiə sistemi vasitəsilə üç ayrı istiqamət üzrə 1 milyon 319 min nəfər əmək pensiyası, 466,4 min nəfər müxtəlif növ müavinətlər, 130,8 min ailənin 546 min nəfər üzvü isə ünvanlı sosial yardım alır

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyib.

O bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə sosial müdafiəyə xas olan bütün elementləri özündə cəmləşdirən əhatəli və ünvanlı sosial müdafiə sistemi formalaşıb:

"Ötən dövr ərzində bu sahədə ciddi islahat tədbirləri həyata keçirilmiş və sosial müdafiə sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində əsaslı nailiyyətlər qazanılıb. baycanda həyata keçirilən sosial siyasət ölkədə etibarlı sosial müdafiə sisteminin formalaşmasına, əhalinin müxtəlif təbəqələrinin, xüsusilə də aztəminatlı ailələrin və sosial cəhətdən həssas insanların həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaradıb. Bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkə kimi seçilir və həssas əhali qruplarına münasibətdə Azərbaycan dövlətinin mövqeyi qlobal miqyasda ən humanist yanaşmalara əsaslanması ilə diqqəti cəlb edir".
 
Aktual.az
Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR