"Düzünü deyim ki, Azərbaycana uduzmağımıza inanmağım gəlmir. Xüsusilə də 0:3 hesablı məğlubiyyətə".
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Rusiya yığmasının futbolçusu Andrey Panyukov deyib.
Gənc hücumçu AVRO-2017-nin seçmə mərhələsinin Azərbaycanla Bakıdakı oyununda üzləşdikləri 0:3 hesablı məğlubiyyət haqda fikirlərini bildirib: "Buna görə xəcalət çəkirəm. Hamımız şokdayıq. İstərdim ki, bu məğlubiyyətdən sonra da vahid komanda kimi qalaq. Rəqibin iki qol imkanı və qapımıza təyin olunan penalti 3 qolla nəticələndi. Çoxsaylı qol imkanlarımız olsa da, heç birindən yararlana bilmədik".
Qeyd edək ki, bu, Rusiya millisinin 4 oyunda aldığı 3-cü məğlubiyyətdir.