Bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 179 ölkəsindən 1231,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə
Aktual.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Gələnlərin 29,2%-i Rusiya Federasiyası, 17,3%-i Türkiyə, 9,7%-i Hindistan, 8,7%-i İran, 4,1%-i Gürcüstan, 3,2%-i Səudiyyə Ərəbistanı, 3,1%-i Qazaxıstan, 2,5%-i Pakistan, hər birindən 1,7% olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4%-i Ukrayna, hər birindən 1,3% olmaqla Çin, Küveyt və Türkmənistan, 1,1%-i Belarus, 12,4%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 68,2%-ni kişilər, 31,8%-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan - 2,4 dəfə, Çindən - 2,3 dəfə, İspaniyadan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə, Pakistandan – 47%, Tacikistandan - 45,8%, İtaliyadan - 41,8%, İordaniyadan - 37,6%, Yəməndən - 37,6%, Küveytdən - 37,2%, Türkmənistandan - 36,8%, Bəhreyndən - 34,7%, Polşadan – 34%, Misirdən - 29,2%, Özbəkistandan - 26,9%, ABŞ-dan - 23,6%, Ukraynadan - 22,2%, Almaniyadan - 22,1%, Türkiyədən - 21,1%, Rusiya Federasiyasından – 19%, Fransadan - 15,7%, Gürcüstandan - 13,1%, Birləşmiş Ərəb Əmirliklərindən - 8,1% artıb.
Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 49% artaraq 200 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 30% artaraq 46,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 22,3% artaraq 472,8 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,5%-i hava, 25,2%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.
Xəbər 271 dəfə oxunub.