Azərbaycana sürətli pul köçürmələri 8%-ə yaxın artıb

Azərbaycana sürətli pul köçürmələri 8%-ə yaxın artıb

Bu ilin fevral ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 120.5 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 38.9 milyon manat təşkil edib.
Aktual.az-ın Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 7,8% və ya 8.7 milyon manat, banklardan xaricə köçürmələr isə 4,9% və ya 1,8 milyon manat artıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR