Azərbaycana sürətli pul köçürmələri 25%-dən çox artıb

Azərbaycana sürətli pul köçürmələri 25%-dən çox artıb

Bu ilin yanvar ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 120.7 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 36.4 milyon manata bərabər olub.
Aktual.az-ın Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 25,2% və ya 24,3 milyon manat artıb, banklardan xaricə köçürmələr isə 0,3% və ya 0,1 milyon manat azalıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.


Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR