Azərbaycana sement və klinker idxalı 34% azalıb

Azərbaycana sement və klinker idxalı 34% azalıb

2016-cı ilin birinci yarısında Azərbaycana sement və klinker idxalı 219,7 min ton təşkil edib ki, bu da 2015-cü ilin analoji dövrünün göstəricisindən 33,9% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
Statistik məlumatlara əsasən, ölkəyə ümumilikdə $10 mln. 342,3 min dəyərində (аzаlma 47,3%) sement və klinker idxal olunub.
 
Bundan başqa, birinci yarımillikdə Azərbaycana $7 mln. 479,5 min dəyərində 21,052 min ton mineral gübrə (azalma 35,9%), $19 mln. 143 min dəyərində 16 min 423,7 ton polietilen (azalma 15,3%) idxal olunub.
 
Hesabat dövründə ölkəyə $78 mln. 245,3 min dəyərində 135,6 min ton metalyayma məhsulu (azalma 6,3%), $18 mln. 804,6 min dəyərində 45,6 min ton qara metaldan hazırlanan çubuqlar (azalma 75,3%), $10 mln. 10,1 min dəyərində 13 min 990,8 ton qara metaldan hazırlanan günyə (azalma 31,7%), $281 mln. 673,7 min dəyərində 145,9 min ton qara metaldan hazırlanan boru (azalma 39,5%) idxal edilib. (marja)
Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR