Azərbaycana qarşı çıxarılan qərarlar kağız parçasıdır

Azərbaycana qarşı çıxarılan qərarlar kağız parçasıdır

ABŞ Senatında Azərbaycanla bağlı keçirilən qərəzli tədbir və qəbul etdikləri qərarlar kağız parçasından başqa bir şey deyil.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Secki-2015.az saytına açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Devid Kramerin ABŞ Dövlət katibinin demokratiya və insan hüquqları üzrə sabiq köməkçisi, hazırda Makkeyn institutunun əməkdaşı olduğunu deyən politoloq söyləyib ki, Kramer demək olar ki, bütün postsovet dövlətləri haqqında daim öz mənfi rəyləri ilə tanınıb: “Hətta bu yaxınlarda Belarusda keçirilən prezident seçkilərini də anti-demokratik sayıb və Avropa tərəfindən sanksiyaların yumşaldılmasının əleyhinə olub. Yəni dinləmələrin məqsədindən asılı olmayaraq, bu şəxs haqqında elə bir imic formalaşıb ki, onun dedikləri nəzərə alınmır. Belə çıxışların və qəbul etdikləri qərarların kağız parçası olduğu bir dəfə onlara deyilib. Hətta Şərq əməkdaşlığından da imtina olunub. Ona görə də onlara fikir vermək lazım deyil”.

A.Nağıyev bir çox Avropa qurumların Azərbaycandakı seçkiləri izləyəcəklərini xüsusilə vurğulayıb: "Bu gün əsas məqsəd Azərbaycanın normal fəaliyyətli Milli Məclisinin formalaşmasıdır. Buna görə də heç kim bizə təsir edə bilməz və noyabrın 1-də biz bunun şahidi olacağıq”.

Xəbər 523 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR