Azərbaycana qaçan erməni kömək istəyir -FOTOLAR

Azərbaycana qaçan erməni kömək istəyir    -FOTOLAR
  • DÜNYA

"Mən BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofislərinə mənə köməklik göstərilməsi ilə bağlı müraciət edirəm". 
 
"Report" xəbər verir ki, bunu Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycandan siyasi sığınacaq istəyən Ermənistanın "Milli Azadlıq Hərəkatı" ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyan bildirib.
 
"Mənim Ermənistanda anam qalıb, həyat yoldaşımın isə qardaşı və anası oradadır", - V.Martirosyan deyib.
 
O, hər iki təşkilatın Bakı nümayəndəliklərini Ermənistanda qalan qohumlarının təhlükəsizliyini təmin etmək üçün BMT və BQXK-nın Yerevan ofislərinə müraciət etmələrini xahiş edib.
 
"Mən bu müraciəti ona görə edirəm ki, Sarqsyan hakimiyyətinin necə hərəkət edəcəyini bilirəm. Onlar mənim anamı Ermənistan təhlükəsizlik xidmətinin zirzəmisində gizlədə bilərlər. Mən BMT və BQXK-dan onlar xaricə köçənə kimi ailəmin ilkin təhlükəsizliyini təmin etmələrini xahiş edirəm", - V.Martirosyan vurğulayıb.
 
***
 
“Biz Azərbaycana gəlsək də, mənim və yoldaşımın anası, eləcə də ailəmiz hazırda Ermənistandadır. Bizim bura gəlişimizdən sonra Ermənistan hökumətinin, xüsusi xidmət orqanlarının necə hərəkət edəcəyini, hansı metodlardan istifadə edəcəyini çox yaxşı bilirik”
 
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirdiyi mətbuat konfransında Sarkisyan rejiminin təzyiqlərindən qaçaraq Azərbaycana sığınan Ermənistanın müxalif “Milli azadlıq hərəkatı” ictimai birliyinin rəhbəri Vahan Martirosyan deyib.
 
O, Ermənistanda qalan doğmalarının təzyiqlərə məruz qalacağından narahat olduğunu deyərək beynəlxalq qurumlara müraciət edib.
 
“Mən beynəlxalq qurumlardan məsələyə müdaxilə etmələrini, ən azı ilkin mərhələdə onların təhüləsizliyinin təmin olunmasını təşkil etmələrini, onların həyatına heç bir təhlükənin olmamasına, onların MTN “padval”larında saxlanılmamasına nəzarət etmələrini xahiş edirəm”.
 
Erməni müxalifətçi çıxışı zamanı Ermənistanda insanların sosial durumunun olduqca pis olduğunu deyib. Bildirib ki, Ermənistanda sosial durum üçüncü qrup Avropa ölkəsindən də pisdir. 
 
“Ermənistan paytaxtı İrəvan mərkəzində iki kilometrlik ərazisidə imitasiya yaradıblar ki, guya ofislər, şirkətlər işləyir. Lakin bir az getdikdə əhalinin acınacaqlı vəziyyəti görünür, binalar dağılmış, yollar pis vəziyyətdədir. İnsanlar yeməyə güclə nəsə taprılar. Ən açınacaqlı durum isə Qarabağ veterenalarındadır. Onlara ev, sosial yardım verilmir. Ölkədə təqaüdlərin səviyyəsi olduqca aşağıdır. Mənim nənən Sovet dövründə yüksək vəzifədə işləyib və hazırda 100 dollar pensiya alı. 
 
Ermənistanda rüşvətsiz sahə tapmaq qeyri-mümkündür. Nümunə kimi bu ölkədə kənd məktəblərində müəllim kimi işə düzəlmək 3 min dollar, şəhər məktəblərində isə 10 min dollardır”.
 
***
“Cinayətkar Sarkisyan rejiminə görə ölkəmizdən qaçıb Azərbaycana gəlmişik”
 
Aktual .az xəbər verir ki, bu fikirləri Sarkisyan rejiminin təzyiqlərindən qaçaraq Azərbaycana sığınan Ermənistanın müxalif “Milli azadlıq hərəkatı” ictimai birliyinin rəhbəri Vahan Martirosyan bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
 
Erməni müxalifətçi bildirib ki, o və ailəsi Azərbaycanda mehribanlıqla qarşılanıb: “Azərbaycan məni mehribanlıqla qarşıladı. Burada mənə və ailəmə qarşı heç bir təzyiq göstərilmir. Mən Ermənistanda cinayətkar Sarkisyan rejiminə qarşı mübarizə apardığım üçün təzyiqlərə məruz qalırdım. Odur ki, Sarkisyanın adamları məni və ailəmi döyüb, təhqir ediblər”.
 
V.Martirosyanın fikrincə, Dağlıq Qarabağ Ermənistan tərəfindən yaradılan süni problemdir. Bundan əlavə erməni müxalifətçi diqqətə çatdırıb ki, Sarkisyan xarici təşkilatlardan pul dilənir. 
 
“Sarkisyan öz rejiminin müddətini artırmaq üçün Avropa Komissirına 10 milyon dollar rüşvətverməyə hazırdır”.
 
Erməni fəal daha sonra diqqətə çatdırıb ki, Suriya və İraqda müharibə başlayandan bəri Ermənistana 10-15 min erməni gəlib: “Dövlət onları aldadıb, köçkünlərə yaşayış yeri vermək əvəzinə, əlində olanları da alıb, küçələrə salıb. Ona görə də Ermənistan və Qarabağa köçürülən qaçqınların böyük əksəriyyəti gəldikləri ölkələrə qayıdıblar. Suriyadan gələn bəzi tertorçular isə Qarabağda yerləşdirilib”.
 
V.Martirosyanın dediyinə görə, Ermənistanda normal müxalifət yoxdur. Əsl müxalifət 2008-ci ildə öldürülüb. Hazırda müxalifət ölkənin Prezident Administrasiyası tərəfindən idarə olunur. 
 
Onun sözlərinə görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan sadəcə bir fiqurdur. O. heç bir qərar qəbul etmək iqtidarında deyil.
 
“Ermənistan ordusu korrupsiya içində üzür. Ölkədə hamı bu qurumda hansı vəzifənin neçəyə olduğunu yaxşı bilir. Hətta 100 dollar verməklə istənilən şəxs, Ermənistan hərbi hissələrindən “Kolaşnikov” tipli avtomatı çox rahatlıqla ala bilər”
Xəbər 608 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR