Azərbaycana on sərnişin vaqonu gətiriləcək

Azərbaycana on sərnişin vaqonu gətiriləcək

“Bakı-Tbilisi-Qars dəmir yolu üçün bu ilin yayında Azərbaycana Stadler Rail Group şirkətinin yataq tipli ilk on sərnişin vaqonu gətiriləcək”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

O, bildirib ki, Stadler Rail Group şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin müqaviləsi var və həmin şirkətlə müqaviləyə əsasən, 30 yataq tipli sərnişin vaqonu istehsal olunacaq.

“Bu vaqonların istehsalına ötən ilin sentyabrından başlanılıb. İşlər uğurla aparılır və 10 vaqondan ibarət ilk partiya bu ilin iyul-avqust aylarında Bakıya gətiriləcək”.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunda gedən təmir işlərinin bu ilin sonuna kimi başa çatacağı gözlənilir.

Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR