Azərbaycana məxsus təyyarə qəzaya düşdü - Ölənlər var

Azərbaycana məxsus təyyarə qəzaya düşdü   - Ölənlər var

Əfqanıstanda qəzaya uğrayan Azərbaycana məxsus təyyarədə ölənlərin sayı açıqlanıb.

Rusiyanın "RİA Novosti" agentliyi məlumat yayıb ki, təyyarədə olan 7 nəfər ölüb, 2 nəfər isə ağır yaralıdır.

Yaralıların Ukrayna vətəndaşları olduğu bildirilir. Ekipaj üzvlərindən 5-i Azərbaycan vətəndaşıdır.

***

Əfqanıstandan Bakıya uçan təyyarə qəzaya uğrayıb. 

Bu mülki təyyarədir. AN-12 tipli təyyarədə yalnız ekipaj üzvləri olub.

Daxil olan məlumata görə, qəza nəticəsində bütün ekipaj üzvü həlak olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq bilinmir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ans press-in sorğusuna cavab verib.

Bildirilir ki, qeyri-dəqiq məlumata görə, Əfqanıstanın Gilmənd əyalətində Əfqanıstan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Məlumata görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer havalimanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Əldə olunan məlumata əsasən, heyətin tərkibinə kapitan olan Özbəkistan vətəndaşı, üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir. //Anspress.com 

Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR