Azərbaycana investisiya qoyuluşu artıb

Azərbaycana investisiya qoyuluşu artıb

2025-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 13048,1 milyon manat məbləğində vəsait yönəldilib.
Aktual.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Başqa sözlə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə investisiya qoyuluşu 1% artıb.
Qeyd edilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7,0 faiz artıb. İstifadə olunmuş investisiyanın 6647,6 milyon manatı və ya 51,0 faizi məhsul istehsalı sahələrinə, 4298,5 milyon manatı (32,9 faizi) xidmət sahələrinə, 2102,0 milyon manatı (16,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 10057,3 milyon manatını və ya 77,1 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 10280,2 milyon manatı və ya 78,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.


Xəbər 57 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR