Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkarlanıb

Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkarlanıb

Uşaq qidasında çirkləndirici aşkarlanıb
İsveçrədən ölkəmizə idxal edilən "Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan "Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında "Sereulid” çirkləndiricisi aşkarlanıb.
Bu barədə Aktual.az-a AQTA-dan məlumat verilib.
AQTA-ya bildiriş daxil olub
Bildirilib ki, çirkləndiricinin aşkarlanması ilə bağlı Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub.
Məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb
Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR