Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıblar.
Dövlət Gömrük Komitəsindən Ölkə.Az-a daxil olan məlumata görə, gömrükçülər İrandan piyada gələn Azərbaycan vətəndaşı Cavad Xəlilovun üzərində şəxsi yoxlama keçiriblər. Yoxlama zamanı onun şalvarının bel kəmərinin altından 2 ədəd bağlamada, ümumi xalis çəkisi 170,807 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.
Daha bir narkotik maddə İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Valeh Bayramovun üzərində aşkarlanıb. Belə ki, onun üzərində şəxsi yoxlama zamanı isə şalvarının cibində 8 ədəd həb şəklində, təsiredici maddəsinin xalis çəkisi 0,160 qram təşkil edən və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxil olan “Metadone-20” adlı dərman preparatı aşkar edilib.
Hər iki faktla bağlı təhqiqat aparılır.