Şəmkir rayonunun Çənlibel kəndinə güclü dolu yağıb. Təxminən 20 dəqiqə bundan əvvəl başlayan dolu 10 dəqiqəyə yaxın davam edib.
Dolunun diametri 3 sm-ə yaxın olub. Xoşbəxtlikdən kənd sakinlərinə, evlərə və maşınlara ciddi ziyan dəyməyib.
Ümumiyyəllə, Çənlibel kəndində əvvəllər dolu çox az hallarda müşahidə edilib. Lakin bu il kəndə dördüncü dəfədir ki, güclü dolu yağır. Bunun nəticəsində kənd sakinlərinin əkin sahələrinə zərər dəyib.
Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəratinin həksin dəyişəcəyini, Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənildiyini, leysan xarakterli olacağı, dolu düşəcəyini bildirmişdi. (anspress)