Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran İslam Respublikası vətəndaşının əşyaları gömrük nəzarətindən keçirilən zaman üzərində “Merazole Omeprazole 20” yazısı olan 1 ədəd şüşə dərman qabı gömrükçülərin diqqətini cəlb edib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı həmin dərman qabının içərisindən üzərində yazılandan fərqli olaraq gömrük nəzarətinə düzgün bəyan olunmayan 8 ədəd həbdən ibarət “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan, narkotik vasitələrin”in II Siyahısına daxil olan metadon adlı dərman preparatı aşkar olunaraq götürülüb. Qeyd edək ki, 8 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.