"Qazaxıstanla Azərbaycan arasında turizm əlaqələri yaxşı inkişaf edib. Son il ərzində Azərbaycana səfər edən qazax turistlərinin sayı 17% artıb”.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Sahibkarların Regional Palatasında Qərbi Qazaxıstanın biznes nümayəndələri ilə Azərbaycan heyəti arasında keçirilən görüşdə bildirib.
"Tursitlərin cəlb edilməsi üçün böyük həcmdə investisiyalar yatırılıb. Xizək turizmi inkişaf etdirilib”.
Aktual.az
Xəbər 374 dəfə oxunub.